Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq

Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq
258 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq".

Axşam.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən mətbuat konfransında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, regional mərkəzin yaradılması 2021-ci il ərzində baş tutacaq, bu, bir çox ölkələri əhatə edəcək:

" Əsas məqsəd ICESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan və ICESCO arasında, həm də regional dövlətlər arasında əlaqələrin inkişafına töhfə verəcək".