Sevda Yahyayevanın konsertində sürpriz olacaq

Sevda Yahyayevanın konsertində sürpriz olacaq
4079 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva sentyabrın 21-də “Yaşıl Teatr”da solo konsert verəcək.

Axşam.az-ın məlumatına görə, gecənin aparıcıları Afaq Gəncəli və Zaur Nəbioğlu olacaq.

“Unut” adlanacaq konsertin təşkilatçısı sənətçinin prodüseri Tolikdir.

Qeyri-adiliklərin yaşanacağı gecədə Sevda tam fərqli formada tamaşaçı qarşısına çıxacaq.

“Səhnə dekorasiyası mənə məxsusdur. Sevda digər sənətçilər kimi səhnəyə nə pərdə arxasından, nə də pilləkəndən çıxacaq. Tam fərqli bir ssenari hazırlayırıq. İlk dəfə bu konsertdə estrada ansamblının müşayiəti ilə mahnılar səsləndiriləcək. Sevda səhnədə 14 nəfərdən ibarət rəqs ansamblı ilə maraqlı şoular nümayiş etdirəcək. Tamaşaçılar üçün daha bir sürprizimiz var. Belə ki, Sevda müğənni Rəhim Rəhimli ilə canlı duet oxuyacaq” – deyə təşkilatçı bildirib.

Qeyd edək ki, Sevda Yahyayevanın solo konsertinin informasiya dəstəkçisi Axsam.az saytıdır.