İremin keçmiş sevgilisi: “Yaşadığımız eşq deyildi”

İremin keçmiş sevgilisi: “Yaşadığımız eşq deyildi”
1043 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İrem Dericinin yeni ayrıldığı sevgilisi Genco Ecer verilişlərdən birinə qonaq olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İremlə bir neçə gün davam edən münasibətlərindən danışıb:

“İremlə yaşadığımız təbi ki, eşq deyildi. Nə o mənə aşiq idi, nə də mən ona. Bizim ortaq nöqtəmiz musiqi idi. O, bizi bir araya gətirdi. Dostlarımız vasitəsilə tanış olduq. Nələrsə hiss etdik, başladıq, bir az yoxladıq. Alınmadı. Ona görə də ayrıldıq.

Hər kəsin başına gələ biləcək haldır. Bizim münasibətimiz də bir həftə çəkdi. Ayrılmağımıza böyük səbəb olmadı. Sadəcə alınmadı.

Bunu kimisə unutmaq üçün etdi, ya yox bunu bilmirəm. Məndə elə bir hal yoxdur. Bizim ən böyük səhvimiz tanışlıq ərəfəsində kamera qarşısına keçməyimiz oldu. Əl-ələ poz vemək fikri İremin idi.

Onu İnstaqramda izləmədən çıxardım. Sonra da o çıxardı. Zəng etsəm, açar. Ayrılığa pis nəsə səbəb olmadı.

İrəm çox təbiidir. Enerjisi yüksəkdir, insana özünü dəyərli hiss etdirir. Məni bu xasiyyəti özünə çəkdi.

Onun ağzından pis söz eşitmədim. Bir həftə boyunca yanımda əsl xanım kimi idi. Reklam üçün birlikdə olduğumuzu dedilər. Mən bu gün deyilənləri yoluna qoymaq üçün danışdım”.