Türkiyədə 1 gündə 71 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə 1 gündə 71 nəfər koronavirusdan dünyasını dəyişib
160 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 71 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, son 24 saatda 117 198 şübhəli koronavirus testindən keçib, onlardan 2102-nin cavabı pozitiv çıxıb, 1581 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 355 528 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9584 nəfər ölüb.