“Samsung”un rəhbəri vəfat etdi

“Samsung”un rəhbəri vəfat etdi
1064 dəfə oxunub
  • A-
  • A
  • A+
“Samsung” şirkətinin rəhbəri Li Qon Hi 79 yaşında vəfat edib.

Axşam.az “RİA Novosti”yə istinadən verir ki, o, Seul şəhərindəki xəstəxanaların birində vəfat edib.

Biznesmenin 2014-cü ildə keçirdiyi ürək tutmasından sonra, şirkətə nəzarət faktiki olaraq onun oğluna, "Samsung Electronics" qrupunun vitse-prezidenti Li Çhe Enuya keçib.

Onun Li Çhendən başqa, Li bu Çjin və Li So Hen adlı qızı da var. İş adamının daha bir qızı Li Yun Hen isə 2005-ci ildə intihar edib.