"Həyat daha heç vaxt Nilay üçün əvvəlki kimi olmayacaq"

"Həyat daha heç vaxt Nilay üçün əvvəlki kimi olmayacaq"
6090 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur sosial şəbəkə fenomeni Ruhi Çenet Azərbaycana gəlib.

Axşam.az xəbər verir ki, "Youtube"dakı videoları ilə məşhur olan Ruhi cəbhə bölgəsinə yollanıb. O, çəkdiyi fotoları İnstaqram hesabında yayımlayıb.

Çenet eyni zamanda işğalçı Ermənistanın Gəncəyə atdığı raket nəticəsində valideynlərini itirən 2 yaşlı Nilayı ziyarətə gedib. 

"Nilay 2 yaşındadır. Ana və atasını Ermənistanın Gəncəyə atdığı raket nəticəsində itirib. 20 gündür görmədiyi ana və atasının harada olduğunu hələ də soruşur. Bu balaca qızın gözlərinə baxınca anlayıram ki, bir daha heç vaxt ailəsini görməyəcəyini bilir. Amma qəbul etmək istəmir. İndi ona tək ailəsi olan babası baxır. Həyat bir daha heç vaxt balaca Nilay üçün əvvəlki kimi olmayacaq" deyə, Ruhi paylaşımına qeyd edib.

Sosial şəbəkə fenomeni Azərbaycandan hazırladığı videonu isə yaxın günlərdə yayımlayacağını bildirib.