Mədəniyyət Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna pul ayırdı

Mədəniyyət Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna pul ayırdı
410 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna Nazirliyin Mərkəzi Aparatının əməkdaşlarının könüllü iştirakı ilə 80 000 manat vəsait ayırıb.

Axşam.az xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.