Müğənni Azəri Günel Zeynalova "Xəzər" TV-də yayımlanan "Bizim gün" verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, sənətçi bölgələrdə konsert verəcəyini deyib:
"Ağdamda Seyid Lazım Ağa ocağı var. İşlərimə başlamamışdan öncə oraya gedib, qurban kəsəcəyəm”.
Günel qardaşı Tunarın bəstələrinin Türkiyədə çox sevildiyini də bildirib:
“Tunarı çox bəyənirlər. Sadəcə, mahnıların sözləri Azərbaycan dilində olduğu üçün başa düşmürlər. Qərara gəlmişik ki, bəstələrə sözləri türk şairləri yazsın. Beləcə, onun mahnılarını tanınmış türkiyəli müğənnilər də oxuyacaq”.
Qeyd edək ki, Günel verilişdə yeni imiciylə görünüb. O, uzun saçlarını kəsdirərək tünd rəngə boyayıb.