Günay Malikqızı kitabına təqdimat etdi - fotolar

Günay Malikqızı kitabına təqdimat etdi - fotolar
2045 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış jurnalist, Park Bulvar AVM-in piar-meneceri Günay Malikqızının kitabının təqdimatı olub.

Axşam.az xəbər verir ki, mərasimdə millət vəkili Qənirə Paşayeva, aktyor Bəhram Bağırzadə, şoumen Murad Dadaşov, aparıcı Səxavət Nur, “Əli və Nino” kitab mağazaları şəbəkəsin təsisçisi Nigar Köçərli və digər tanınmış simalar iştirak edib.

Qeyd edək ki, “Yaddan çıxmaz Qarabağ” adlanan nəşr G.Malikqızının ilk kitabıdır.

Müəllifin sözlərinə görə, nəşrdə kiçik yaşlarında doğma torpaqlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum edilmiş gənc nəsil Qarabağı görmədən Qarabağ haqqında bildiklərini dilə gətiriblər:

“Bu hekayələr kitab şəklində çap olunub. Kitab Azərbaycan Maarifçi Gənclər Təşkilatı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və və inteqrasiyanın gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində nəşr olunub”.