Opera ifaçısı Fidan Hacıyeva oğlu Çarlz Emil ilə ilk dəfə kamera qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında 11 aylıq övladının Bethovenin əsərlərini dinlədiyini bildirib:
“Oğlumu mediadan gizlətmirdim. Sadəcə, istəyirdim ki, bir az böyüsün. Çarlz Emil 11 aylıq olmasına baxmayaraq, çox istedadlıdır. Pianoya qarşı həvəsi var. Atası xaricdən ona “Baby Bethoven” diskini gətirib, onlara qulaq asır. İstəyirəm övladlarım savadlı olsunlar. Həyat yoldaşım Filip ailənin tək övladı olub. Buna görə də həmişə çox uşağının olmasını arzulayıb. Biz də hazırda üç uşaqlı valideynlərik”.