Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.
Axşam.az-ın məlumatına görə, dövlət başçısı görüşdə çıxış edib.
Sonra Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər.
Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.