“Burnum badımcan kimidir” - Nəsrin Cavadzadə

“Burnum badımcan kimidir” - Nəsrin Cavadzadə
12361 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə fotoqrafların obyektivinə tuş gəlib.

Axşam.az xəbər verir ki, ötən günlərdə estetik əməliyyat sayəsində gözəlləşdiyi barədə çıxan xəbərlərə “Yalnız idman edərək belə gözəl qalmışam” deyə, reaksiya verən aktrisa sosial mediada tənqid olunmuşdu.

O, təndiq olunmağı barədə danışaraq, bir daha estetik əməliyyat etdirmədiyini vurğulayıb:

“Bu xəbərlər çox dəxlisizdir. Hər zaman təbii gözəlliyimdən danışırlar. Hətta indi idmana gedirəm. Həftənin 6 günü idman edirəm. İnsanlar “Burnunu squatla qaldırmısan?” deyirlər, amma burnum hələ də çox böyükdür, badımcan kimidir, narahat olmasınlar”.