400 minlik “Qız qalası” təqdim olundu - Fotolar

400 minlik “Qız qalası” təqdim olundu -  Fotolar
12199 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində “Qız qalası” filminin qala gecəsi baş tutub.

Axşam.az xəbər verir ki, baş rollarında Reza Naji, Ziya Ağa, Kəmalə Piriyeva, Çinarə Məlikzadə, Elməddin Cəfərov və Tural Əzizovun çəkildiyi ekran işi tarixi komediya janrındadır.

Film tarixi, fantastik kadrları ilə diqqət çəkir. Ekran əsərinin rejissoru İlham Qasımov saytımıza açıqlamasında “Qız qalası”nın 2,5 ilə ərsəyə gəldiyini bildirib:

“Bir dəfə ssenari yazdıq, sonra tamamilə dəyişdik. “Qız qalası”nın məşhur rəvayətini bir az tarixi fantaziya janrında danışdıq. "İçərişəhər" qoruğu tərəfindən filmimizə maliyyə dəstəyi almışdıq. Ekran işinin 400 min manatdan çox büdcəsi var. Yenə də bu, kifayət deyil. Bizim bir milyon büdcəmiz olsaydı, ondan da yaxşı film ərsəyə gətirərdik”.

Qeyd edək ki, filmin ssenari müəllifləri İ.Qasımov və Tural Sevdimalıdır.