Snayder boşandığı arvadına 36 milyon təzminat ödəyəcək - Fotolar

Snayder boşandığı arvadına 36 milyon təzminat ödəyəcək - Fotolar
11606 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, dünyaca məşhur futbolçu Uesley Snayder həyat yoldaşı Yolanda Kabaudan boşanır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Snayder boşanmaq istəməsə də, artıq boşanma protokolu da imzalanıb.

Protokola görə, Snayder oğlu Ksess Ksavanın  anasına İbizadakı lüks villasını və Hollandiyadakı evlərini verməli olacaq.

Bundan başqa, o, həyat yoldaşına 19 milyon avro (təxminən 36 milyon , 233 min manat) təzminat ödəyəcək.

Qeyd edək ki, futbolçu ailəsinin onun səhvlərinə görə dağıldığını etiraf edib.