Bu gün müğənni Emma Ələkbərzadənin toyu olub.
Axşam.az-ın məlumatına görə, sənətçi bir müddətdir nişanlı olduğu Çingiz Emil adlı şəxslə münasibətlərini rəsmiləşdirib.
Toy mərasimi “Cıdır” restoranında baş tutub.
Müğənninin sənət dostları İlhamə Quliyeva, Abbas Bağırov, Elnur, Eyyub Yaqubov, Ədalət Şükürov Emmanı yalnız buraxmayıb.
Mərasimi idarə etməyi “Şeron” qrupu, aparıcılığı isə Kamilə Babayeva və Xədicə Sənanqızı öz öhdəsinə götürüb.
Cütlüyün məclisində həmçinin Lənkəranın “Nənələr” folklor qrupu da iştirak edib.