Bu məşhurla foto çəkdirən futbolçular uğursuzluğa düçar olur

Bu məşhurla foto çəkdirən futbolçular uğursuzluğa düçar olur
11356 dəfə oxunub
  • A-
  • A
  • A+

Reper Dreyk futbol həvəskarlarının uğursuzluğu və qorxulu yuxusu olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hər dəfə futbolçularla selfi çəkdirən ifaçıya izləyicilər irad bildiriblər.

"Dreyklə olan fotonu İnstaqramda yerləşdirmək futbolçulara uğursuzluq gətirir. "Mançester Yunayted"dən Pole Poqba və "Mançester city"dəki Kuno Aquerlə foto buna sübutdur" deyə, izləyicilər onun ünvanına yazıblar.

Çempionlar liqasında reper "Yuventus" oyunçusunun koftasını geyinib. Bu isə komandaya uğursuzluq gətirib. Onun uğursuzluğu təkcə futbolçularda yox, başqa sahələrdə də eyni nəticəyə gətirib çıxarır.

Hətta İtaliyanın "Roma" komandası oyunçulara reperlə foto çəkdirməyi qadağan edib.

digər bir fakt kimi "Arsenal"ın oyunçusu "Napoli" ilə oyuna çıxmazdan əvvəl futbolçu ilə şəkil çəkdirb, amma o, 90 dəqiqə ərzində meydana çıxa bilməyib.