Türkiyəli ifaçı Hadise xəstəxanalıq olub.
Axşam.az xəbər verir ki, ötən gecə ifaçının halı pisləşib. 33 yaşlı sənətçi təcili özəl klinikaların birinə aparılıb.
Məlum olub ki, sənətçinin hərarəti qalxıb. Ona dərhal tibbi müdaxilə edilib.
Müğənni bir neçə saat xəstəxanada qalandan sonra evinə buraxılıb.