Dünya çempionu Ayxan Mamayev ailə qurub.
Axşam.az-ın məlumatına görə, karateçinin ötən gün toyu olub. Ayxan Şəhla adlı xanımla nikah masasına oturub.
Şəhər restoranlarından birində baş tutan məclisdən fotolar qonaqlar tərəfindən İnstaqramda paylaşılıb. Məclisdə Ayxanın idmançı dostları yer alıblar.
Qeyd edək ki, Ayxanın nişanı ötən ilin avqustunda olub. Bir neçə gün əvvəl isə idmançı yalnız kişilərin yer aldığı toy etmişdi.