Nəsrin Cavadzadə ilə bağlı yalan xəbər - Fotolar

Nəsrin Cavadzadə ilə bağlı yalan xəbər - Fotolar
4353 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin dünyaca məşhur serial “La Casa de Papel”in çəkilişlərində iştirak etməsi barədə xəbər yayılıb.

Axşam.az xəbər verir ki, türk mətbuatı sənətçinin bu barədə açıqlama verdiyini və serialda rol alacağını təsdiqlədiyini bildirib.

Bildirilir ki, Nəsrin bir həftə içərisində çəkilişlərə başlayacağını, serialı çəkən şirkətlə müqavilə imzaladığını söyləyib.

Sosial şəbəkədə yayılan bu xəbərə isə aktrisa “Yalan xəbər” deyə, rəy yazaraq çıxan informasiyanın əsassız olduğunu bildirib.

Onun bu rəyi izləyicilərin sevincini ürəyində qoyub.

Qeyd edək ki, ötən il Cavadzadənin prodüseri onun “La Casa de Papel” serialında İstanbul obrazını canlandırması ilə bağlı danışıqlarda olduqlarını demişdi.