Botanika bağını xatırladan hava limanı

Botanika bağını xatırladan hava limanı
4356 dəfə oxunub
  • A-
  • A
  • A+

Sinqapurun qərbində yerləşən Çanqi hava limanı dizaynı ilə dünyanın ən yaxşı aeroportları sırasında yer alır.

Axşam.az xəbər verir ki, 135 min 700 kvadrat metr sahəni əhatə edən liman dörd terminaldan ibarətdir.

1 milyard 250 min dollara başa gələn hava limanı əsasən, yaşıllıqla əhavə olunub.

Aeroportun içərisində 40 metr hündürlüyündə şəlalə, 280-dən çox mağaza, 11 kinoteatr yerləşir.

Dünyanən ən işlək hava limanı olan Çanqidə hər 80 saniyədə bir də eniş edilir və 100-dən çox uçuş gerçəkləşdirilir. Ötən il Çanqidən 65,6 milyon sərnişin uçuş edib.

Pulsuz interneti olan limanın hər küncündə telefonunuzu enerji ilə doldurmaq üçün xüsusi bölmələr var.

10 mərtəbədən ibarət Çanqinin 5 mərtəbəsi yerin altında yerləşir. Liman görüntüsü ilə botanika bağını xatırladır.