Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.
Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.
Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar 2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi İcraiyyə Komitəsi tərəfindən qəbul edilib. Bu qərar ölkəmizdə idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumlarının verdiyi yüksək qiymətin göstəricisidir.