Dünən müğənni Günay İbrahimli ad gününü qeyd edib.
Axşam.az-ın məlumatına görə, 22 yaşı tamam olan müğənni hədiyyə yağışına tutulub. Ən böyük hədiyyəni isə ona prodüseri Təranə Səmədova bağışlayıb.
Belə ki, o, Günayın səsini sığortalayıb.
Ad günündən əvvəl yeni fotosessiya etdirən müğənni yeni yaşını dostlarının əhatəsində qeyd edib.