Xatirə ilk dəfə qardaşı və gəlinləri ilə efirdə - Fotolar

Xatirə ilk dəfə qardaşı və gəlinləri ilə efirdə - Fotolar
7417 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam “Zaurla Günaydın” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı verilişə bacısı, qardaşı Tural və onun nişanlısı Zümrüdlə gəlib.

O söyləyib ki, qardaşı əvvəlcə razılaşsa da, daha sonra verilişə gəlməkdən vaz keçib. Lakin Turalın bu addımı Xatirəni özündən çıxarıb.

“Ona dedim ki, mən Zaura söz vermişəm, əgər sən verilişə gəlməsən, gərək bir də ATV-yə getməyəm. Buna görə də, gecədən gətirib, yanımda yatızdırmışam ki, birdən telefonu bağlayıb, açmaz” deyə, sənətçi bildirib.

Veriliş zamanı nişanlı cütlük universitetdə tanış olduqlarını deyib. Onlar söyləyib ki, blogerlik fəaliyyəti ilə məşğuldurlar.

Qeyd edək ki, cütlüyün 7 iyunda qız toyu, 24 iyunda isə oğlan toyu olacaq.