Biznes ledi Ruhi Əliyeva münsif üzvü olduğu “Özünə bax” layihəsi ilə əlaqədar təcrübə mübadiləsi üçün İstanbulda olub.
Axşam.az-ın məlumatına görə, tanınmış dizayner Hakan Akkayanın dəvəti ilə Türkiyəyə yola düşən Ruhi modelyerin yeni mağazasının açılışında da iştirak edib. Bu yaxınlarda “Özünə bax”da Türkiyənin tanınmış simaları qonaq münsif qismində iştirak edəcək. Belə ki, fevralın sonu məşhur model Şenay Akay və xoreoqraf Uğurhan Erez, martın ilk ongünlüyündə isə modelyer dizayner Hakan Akkaya Ruhinin dəvəti ilə “Özünə bax”ın münsif kürsüsündə iştirakçıları qiymətləndirəcək.
Artıq adları çəkilən şəxslərlə müqavilələr imzalanıb. Hakan Akkaya rəsmi “Tvitter” səhifəsində Şenay Akay isə rəsmi instagram profilində Azərbaycanlı qonaqla bağlı fikirlərini bölüşüb.
Layihənin buhəftəki çəkilişlərinə isə uzun zamandır Türkiyədə yaşayıb fəaliyyət göstərən model Günay Musayeva qatılacaq. Ana olandan sonra ilk dəfə Azərbaycana gələn Günay beş gün Bakıda olacaq və “Özünə bax”ın çəkilişlərində iştirak edəcək.