Xalq artisti Aygün Kazmovayla ayrıldıqdan sonra davalı olduğu müğənni Sevda ilə işləməyə başlayan prodüser Tolik Yahyayeva ilə ilk dəfə birlikdə görüntülənib.
Axşam saatlarında ifaçı ilə əl-ələ “Qafqazinfo”nun fotokamerasına yaxalanan Tolik Sevda ilə yeni iş birliyi barədə açıqlama da verib:
“İnternetdə mənim Sevda haqqında dediyim sözləri yayıblar. Gördüm, Sevda da gördü. Mən dediyim sözlərin arxasındayam, nə demişəm düz demişəm. Biz yenidən bir aradayıq, inşallah bir çox yeni işlərə imza atarıq”.