“Adını Feriha Koydum” serialının “Hande”si Ceyda Ateşin Bakıya gəldiyi haqda xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, artıq ikinci dəfədir ki, şəhərimizin qonağı olan Ceydanı buraya plastik cərrah Hayati Akbaş dəvət edib.
Aktrisa saytımıza açıqlamasında son yeniliklərindən danışıb:
“Hər kəs “Emirin yolu” serialının yarımçıq qalması ilə maraqlanır. Bir daha bildirmək istəyirəm ki, bu serial yeni mövsümdə reytinq toplamadığı üçün davam etmədi. Hazırda mənə yeni təkliflər gəlir. Bunlar arasında baş və ikinci dərəcəli rollar var. Ssenarini oxuyub, hansı daha yaxşıdırsa, onu da qəbul edəcəyəm. Seriallarda çəkilməklə yanaşı aparıcılıq təklifi də almışam”.
Bakıya heyran qaldığını bildirən Ceyda paytaxtın tarixi məkanlarını gəzmək istəyir:
“Çox gəzmək imkanım olmayıb. Amma yolboyu böyük, qəribə dizaynlı binaları gördüm. Bakının tarixi bir şəhər olduğunu bilirəm. Bütün qədimi binaları ziyarət etmək istəyirəm. Bir də məni alış-veriş mərkəzinə aparsalar yaxşı olar”.
Foto: Bəhruz ƏLİZADƏ