Müğənni Natavan Həbibi və Emil Bədəlov səsyazma studiyalarının birində birgə görüntülənib.
Axşam.az-ın məlumatına görə, bu görüşün səbəbi cütlüyün yeni duetidir.
Onlar bəstəkar Muxtarın “Yağış” adlı duetini lentə aldırıblar. Yeni duet ortaqlarının ilk fotolarını sizlərə təqdim edirik.
Natavan və Emil cütlüyü ilə bağlı Ayselin hazırladığı süjeti bu gün saat 23:00-da “Atv” telekanalında yayımlanan “Onlar” verilişində izləyə bilərsiniz.