Bu gün “Atv” telekanalının aparıcısı Nanə Ağamalıyevanın ad günüdür.
Axşam.az-ın məlumatına görə, ötən həftədən İstanbulda olan aparıcı dostlarından çoxlu hədiyyələr alıb.
Bakıya dönməyə hazırlaşan Nanə İstanbul Atatürk Hava Limanında sürprizlə qarşılaşıb.
Əlində tortla görüntülənən aparıcı təəssüratını bizimlə bölüşüb:
“Artıq iki gün əvvəldən dostlarım məni təbrik edirlər. Canlı musiqi, gözəl ab-hava və məni sevən insanların əhatəsində oldum. Çox xoşbəxtəm. Atatürk Hava Limanında isə “Kanal TV”dən olan dostlarım məni belə təbrik etdilər. Bu, mənim üçün əsl sürpriz oldu”.