Bu gün müğənni Ayan Babakişiyeva “Mən olacağam” mahnısına çəkdirdiyi klipi təqdim edib.
Axşam.az-ın məlumatına görə, Ayanın yeni klipindəki tərəf müqabili müğənni Ədalət Şükürovdür.
Yeni ekran işində Ədalətlə sevgili olan Ayanın fərqli klipi hər kəs tərəfindən bəyənilib.
Təqdimat mərasiminə xalq artisti Aygün Kazımova da qatılıb.
Qeyd edək ki, mahnının sözləri Baba Vəziroğluna, musiqisi isə Xanım İsmayılqızına məxsusdur.
Ayanın yeni klipini və təqdimat mərasimindən çəkilmiş özəl fotoları təqdim edirik.
