"Martın 6-da böyük bəstəkarımız Oqtay Kazıminin gözəl musiqilərinə Qənirə Paşayevanın şeirləri əsasında hazırlanmış "Ağla mənim üçün bu şəhər və sən" adlı albom əziz tamaşaçılar və dinləyicilərə təqdim olunacaq".
Bu barədə millət vəkili "Facebook" hesabında məlumat paylaşıb.
Məlumatda bildirilir ki, albomda musiqisi O.Kazımiyə, sözləri Qənirə xanıma məxsus 8 mahnı yer alır. Eyni zamanda albomda böyük bəstəkarımız O.Kazıminin 80 illik yubileyi zamanı bu mahnılar əsasında keçirilmiş gecə, konsert proqramı da öz əksini tapır.
Həmçinin millət vəkili albomun üz qabığı üçün çəkilən fotoları da paylaşıb.
qafqazinfo.az