“Altı aya Türkiyə şou-biznesini darmadağın edəcəyəm. Buna pulum da çatar, gücum də”.
Bu sözləri Axşam.az saytına açıqlamasında gənc müğənni Orxan Babazadə deyib.
Biznesmen müğənni son vaxtlar Türkiyəyə üz tutanlara açıq-aydın meydan oxuyub:
“Mən illərdir Türkiyə şou bazarına hazırlaşıram. Amma bunu ilk dəfə indi dilə gətirirəm. Digərləri kimi boş danışıqla gündəm xətrinə çənəmi yoranlardan deyiləm. Dedimsə, mütləq edəcəyəm. İnanmayanlar yaxın günlərdə buna şahid olacaqlar”.
İddialı danışan Orxan son vaxtlar dəbdə olan sözləri və musiqisi Ceyhun Əliyevə məxsus “Sən mənim gözəlimsən” adlı mahnısına klip də çəkdirir. Hələ montaj işləri gedən klipin çəkilişindən olan fotolenti sizə təqdim edirik.