Lalə Məmmədovadan üç günlük konsert

Lalə Məmmədovadan üç günlük konsert
2915 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova mart ayında solo konsert proqramıyla çıxış edəcək.

Bu barədə müğənni Axşam.az saytına verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, konsert martın 12, 13 və 14-də Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Üç günlük konsert zamanı sənətçi repetuarında olan köhnə mahnılarıyla yanaşı yeni ifalarını da səsləndirəcək.

Müğənni həmçinin bildirib ki, “Səs” adlı mahnısını “Host” qrupuyla birgə yeni aranjimanda oxuyacaq. Bu ifa ilk dəfə gələn ay keçiriləcək konsertdə səsləndiriləcək.

Xəbər: Həmid ƏSƏDZADƏ

Foto: Rəşad ABBASOV