“Böyük səhnə”də yaşananlar

“Böyük səhnə”də yaşananlar
2524 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən “ATV” telekanalında yayımlanan, İdman və Gənclər Nazirliyinin yeni layihəsi ”Böyük səhnə” növbəti buraxılışını təqdim edib.

Axşam.az-ın məlumatına görə, müsabiqənin üç finalçısı bəlli olub. Aysel Nərimanova, Vlada Axundova və Sveta finala vəsiqə qazanıb. Bundan əlavə Tomris Nəsirli “Tamaşaçı simpatiyası” və Səidə Əliyeva “Ən yaxşı quruluş” diplomunu qazanıb. Finalçılar üçhəftəlik məşqdən sonra yenidən öz performanslarını göstərəcəklər.

Qeyd edək ki, müsabiqənin münsif kürsüsündə Xalq artisti Təranə Muradova, şoumen Murad Dadaşov, amerikalı prodüser Ceyk Speyd, bəstəkar Eldar Qasımov, dünyaca məşhur bəstəkar və musiqiçi Yom Rotrok kimi simalar da yer alıb.