Müğənni Sevda Yahyayeva xəstəxanaya düşüb.
Axşam.az-ın məlumatına görə, prodüseri Tolik müğənninin xəstəxanada çəkilən fotolarını sosial şəbəkədə paylaşıb.
Bu şəkillərin müğənninin yeni klipindən görüntülər olduğu düşünülsə də, prodüser saytımıza fərqli açıqlama verib:
“Dünən Sevda özünü çox yaxşı hiss edirdi. Bu gün halı pisləşdi. İndi gətirmişik xəstəxanaya. Həkimlərdən cavab gözləyirik”.