Uzun müddətdir ki, səhnədən uzaqlaşan rəqqasə və müğənni Sevda Sanəliyeva yaradıcılığına geri dönür.
O, Axşam.az saytına açıqlamasında yeni mahnılar üzərində çalışdığını bildirib:
“Bu il yeni albom təqdim edəcəyəm. Hazırda bir neçə gənc bəstəkarlardan mahnılar almışam. Gənclər zamanın nəbzini tuta bilirlər və onların mahnıları tez qəbul olunur. Yeni mahnılardan birinə fərqli klip düşünürəm. İstəyirəm ki, hansı mahnıya klip çəkiləcəyini dinləyicilər özü seçsin. Bütün mahnılarımın hit olacağına əminəm”.