"Toy və yaslarla bağlı qadağalar qüvvədə qalır"

"Toy və yaslarla bağlı qadağalar qüvvədə qalır"
1331 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bu gün Bakı və digər şəhərimizdə həyatın canlanmasını görürük. Hər birimiz bu abu-havanı qoruyub saxlayaq".

Axşam.az xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, özəl müəssisə sahiblərinin əksəriyyəti qaydalara əməl edirlər:

"Toylar və yaslarla əlaqədar məqamlara gəldikdə isə biz ölkəmizdə qanunun aliliyi prinsipinin şahidi oluruq. Bu mərasimlərin keçiriməsi ilə bağlı qadağalar hələ də qüvvədə qalmaqda davam edir".