Ticarət mərkəzləri bağlı qalacaq

Ticarət mərkəzləri bağlı qalacaq
2744 dəfə oxunub
  • A-
  • A
  • A+

"İri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O deyib ki, bu məsələyə gələcəkdə baxılacaq:

"Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək.

Məktəblərin açılması ilə əlaqədar valideynlərin alış-verişinin təşkil edilməsi üçün müəyyən yarmarkalar təşkil edilə bilər".