"Dünən gecə göz yaşlarım sel oldu"

"Dünən gecə göz yaşlarım sel oldu"
24888 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ailə albomundan çıxan şəkil... O zamanlar hamı sağlam və həyatda idi. İnsanlar bir-birinə çox bağlı idi. Dünən gecə göz yaşlarım sel oldu. Uzun-uzun baxdım bu şəkilə. Gecə yuxuma girdi, bu dəfə o səsizcə üzümə baxdı".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə paylaşıb. Atasının fotosunu yayımlayan sənətçi bunları əlavə edib:

"Bilirsiz, bu həyatda anamı başıma tac etdim, amma ən çox atamı sevdim. Bu aralar ağlım bu dünyadan köçənlərimdədir. İnsan qucaqlamağı, səslərini, söhbətlərini, gülüşlərini ən çox da əllərini və qoxularını özləyir. Sevdiklərimi əllərindən və iylərindən tanıyıram. O zamanlar yay tətilində çalışan valideynlər uşaqlarını ərzaqları ilə ana-ata ocağına yola salardılar. Bizim tətilimiz Göyçə mahalının Poladlı kəndindən başlayırdı".