Zaurdan Əməkdar artistlə bağlı etiraf: "Cibimə 500 dollar qoydu"

Zaurdan Əməkdar artistlə bağlı etiraf:  "Cibimə 500 dollar qoydu"
3396 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Baloğlan Əşrəfovla bağlı etiraf edib.

Axşam.az xəbər verir ki, aparıcı bir vaxtlar keçirdiyi ağır günləri xatırlayıb. O bildirib ki, həmin vaxt ona müğənni yardım edib:

"2008-ci ildə burdan getdim. Türkiyəyə köçdüm və orada işə düzəlmişdim. Vəziyyətim çox çətin idi. Baloğlan Əşrəfov mənə zəng vurdu ki görüşək. Getdim qaldığı oteldə görüşdüm. Evə gələndə paltomun cibinə baxdım ki, 500 dollar var. Mənə demədən etmişdi ki, birdən lazımı olar. Heç xəbərim olmamışdı ki, cibimə o pulu necə qoyub".