“Bir də baxdım ki, uşaq “sdeniya”nın üstündədir” - Video

“Bir də baxdım ki, uşaq “sdeniya”nın üstündədir” -  Video
10289 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda taksidə uşaq dünyaya gəlib.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbilə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib. 

Sürücü Mehman Rzayev həmin anı belə nəql edir:

"Fikirləşdim ki, şəhərlə getsəm, tıxaca düşəcəm. Gəlib Dərnəgül yolunda da tıxaca düşdük. Qadın da deyirdi ki, bu dəqiqə uşaq dünyaya gələcək. Bir də baxdım ki, uşaq "sdeniya"nın üstündədir".

Körpəyə ilkin yardımı nənəsi göstərib. Daha sonra uşağın atası həkimləri çağırıb.

Qeyd edək ki, valideynləri uşağa Fatimə adını qoyublar.

İTV-nin hazırladığı sujeti təqdim edirik: