Nazpəri xalq artistini qeyri-peşəkarlıqda ittiham etdi - video
Xalq artisti Nazpəri Dostəliyeva “Şoubiz” verilişinə açıqlama verib.
Axşam.az-ın məlumatına görə, müğənni gənc həmkarlarına hər zaman dəstək olacağını deyib:
“Düşünürəm ki, böyüklərin borcu gənclərə hərtərəfli dəstək olmaqdır. Bunu deyəndə hər zaman bir əmma çıxır. Hər kəs onu öz düşüncəsi kimi qəbul edir. Səsi olana dəstək olmaq heç nəyə baxmır. Mənim ən çox bəyəndiyim tələbələrim Azər və Əkbərdir. Onlarla duet oxuyacağam. Həmişə onlara dəstək duracağam”.
Telekanalların birində keçirilən müsabiqəyə qatılan tələbəsinin münsiflər tərəfindən bəyənilməməsi isə N.Dostəliyevanın xoşuna gəlməyib. O, münsif kürsüsündə oturan xalq artisti Mübariz Tağıyevi onun tələbəsinə qarşı qeyri-peşəkar addım atmaqda ittiham edib:
“O layihədə Mübariz Tağıyev və başqa kimlərsə də var idi. Dedilər ki, Nazpərinin tələbəsidir. Azər onların birincilik verdiyindən daha gözəl oxuyurdu”.