Tuğba Ekincinin Bakıda çəkilən klipi – video

Tuğba Ekincinin Bakıda çəkilən klipi – video
1844 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Tuğba Ekincinin Bakıda çəkilən klipi təqdim olunub.

Axşam.az-ın məlumatına görə, müğənni Rəqsanə İsmayılovanın “İnanımmı” adlı mahnısına çəkilən ekran işinin rejissoru Zöhrab Ağayevdir. Ötən gün İstanbula yola düşən Zorik klipi Tuğbaya təhvil verməyə getdiyini bildirib:
 
“İstanbula Tuğbanın klipini və onun üçün hazırladığım DVD-ni təqdim etməyə getdim. Bu, Azərbaycanın uğurudur. Şou-biznes nümayəndələrinin Türkiyəyə getdiyi ərəfədə oradakı müğənnildən birinin Azərbaycanla işbirliyi mənim üçün böyük şərəfdir. Bir türk müğənnisinə klip çəkmək hələ buradakı rejissorlardan heç kimə nəsib olmayıb. Buna ilk dəfə mən nail oldum. Bu uğurumun davamlı olacağına söz verirəm”.