Vaqif Mustafazadəyə həsr olunan klipi təqdim etdi - video
Müğənni Nadir Qafarzadə “Qurban belə gəlinə” adlı mahnısına klip çəkdirib.
Axşam.az xəbər verir ki, sözləri Aşıq Əhlimana, musiqisi Vaqif Mustafazadəyə məxsus olan mahnının ekran işi rejissor Nail Naiboğluya həvalə olunub. N.Qafarzadə bildirib ki, klip xüsusi olaraq V.Mustafazadənin doğum günü üçün hazırlanıb:
“Bildiyiniz kimi sabah ölməz bəstəkarımız Vaqif Mustafazadənin doğum günüdür. Vaqif Mustafazadə bəstəsinə müraciət etmək çoxdankı arzum idi. İstəyimi həyata keçirdikdən sonra bu bəstəyə klip çəkdirdim. Allah Vaqif Mustafazadənin ruhunu şad etsin. Klipdə tərəf müqabilim rəqqasə Fatimədir. Rejissor Nail Naiboğluna və onun komandasına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, V.Mustafazadə 1940-ci il, martın 16-da İçərişəhərdə dünyaya gəlib və 1979-ci ildə Özbəkistanda dünyasını dəyişib. Ölməz sənətkar Azərbaycan caz musiqisi və caz muğamının banisidir.