Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü

Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü
1231 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün axşam saatlarında Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan daha bir mülki vətəndaşımız 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu  xəstəxanada vəfat edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış binasının hədəfə alınması nəticəsində yaralanmışdı. Həlak olan şəxs Ağdamdan məcburi köçkün olub.

Qeyd edək ki, həmin hadisə zamanı Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuş, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdi.