Hər üçü mükafat üçün yarışacaq - video

Hər üçü mükafat üçün yarışacaq -  video
2111 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Yaşar Cəlilov “Zirvədəkilər” layihəsinə qoşulub.

Axşam.az-ın məlumatına görə, sənətçi müsabiqə üçün “Qonşu” bəstəsini səsləndirib. Mahnının musiqisi Tərlan Məmmədhüseynova, sözləri Azər Şirinə məxsusdur.

Müsabiqənin növbəti nominantı isə müğənni Məryəm Şabanova olub. O, müsabiqə üçün musiqisi özünə aid olan “Bayram gəldi” adlı bəstəni səsləndirib.

Müsabiqəyə yeni qatılan digər iştirakçı isə Murad Sadıqdır. M.Sadıq musiqisi Sevinc Tağıyevaya aid olan “Həsrətindəyəm” mahnısı ilə nominantlar sırasına daxil olub. Tamaşaçılar Yaşar, Məryəm və Murada “Zirvədəkilər” layihəsinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində səs verə bilərlər.

Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. Layihənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur. Səsvermənin nəticəsi mayda bəlli olacaq. Bununla bağlı böyük qala konsert keçiriləcək. Gecədə qaliblərə mükafatlar təqdim olunacaq. “Zirvədəkilər”növbəti buraxılışına həftənin cümə günü saat 16:00-da “Lider” telekanalında baxa bilərsiniz.