Ermənistanın atdığı fosfor bombasının zərərsizləşdirildiyi an - Fotolar

Ermənistanın atdığı fosfor bombasının zərərsizləşdirildiyi an -  Fotolar
1279 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan əsilli fransız fotoqraf, "National Geografic" dərgisinin fotojurnalisti Rza Diqqəti (Reza Deqati) Ermənistan ordusunun dinc əhaliyə qarşı istifadə etdiyi fosforlu bombaların zərərsizləşdirildiyi anın fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, fotojurnalist sözügedən şəkillərə bunları yazıb:

"Şəhlabad, Azərbaycan

3 Noyabr 2020-ci il tarixdə ANAMA-nın xüsusi mobil əməliyyat qrupları Tərtər rayonunun Şəhlabad kəndi yaxınlığında iki ədəd partlamamış 122 mm-lik D-4 (P-4) ağ fosfor mərmi tapdılar və yerindəcə zərərsizləşdirdilər.
Mən də bir qrup fotoqraf, operator və jurnalistlə birlikdə ANAMA-nın əməliyyat rəhbəri Mədət Məmmədovun başçılığı ilə aparılan əməliyyatların şahidi oldum.

Ermənistan Azərbaycanın Tərtər bölgəsində mülki insanlara qarşı ağ fosfor mərmilərindən istifadə etməyə davam edir.

Ağ fosfor tərkibli silahlar tənəffüs edildikdə və ya yandırılmış ərazilərdə udulduqda son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.

Bu cür silahlar qismən və ya tamamilə ağır və kimyəvi yanıqlara səbəb olur. Ermənistan qadağan olunmuş fosforlu hərbi sursatdan istifadə edir.

 Mülki şəxs və ya mülki obyektlərə, habelə meşə və ya digər bitki növlərinə edilən hücumlar BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"sını pozur".