"Şəhid övladı kimi vurğulayıram ki, onların qanı yerdə qalmadı" - Video

"Şəhid övladı kimi vurğulayıram ki, onların qanı yerdə qalmadı" -  Video
1336 dəfə oxunub
  • A-
  • A
  • A+
"Rast” qrupunun yaradıcısı, Əməkdar artist Rəşad Həşimov yeni layihə təqdim edib.

Axşam.az xəbər verir ki, o, müğənni Mehin Hümbətova ilə əməkdaşlığa başlayıb. Onlar birlikdə "Salam əsgər" mahnısını hazırlayıblar. Bəstənin sözləri Şəhriyar Del Geraniyə aiddir. R.Haşımov bildirib ki, mahnı əsgərlərə həsr edilib.

Mehin vurğulayıb ki, vətənpərvərlik mövzusunda mahnı səsləndirmək onun üçün önəmli bir addım olub:

"Çox xoşbəxtəm ki, bu tarixi günlərin canlı şahidiyəm. Ən böyük yük – bizim Ordumuzun, əsgərlərimizin, Ali Baş Komandanımızın çiyinləri üzərindədir. Ona görə biz Rəşad müəllimlə belə qərara gəldik ki, ilk layihəmiz əsgərlərimizə həsr olunsun. Çox möhtəşəm hisslər yaşayıram, artıq Şuşanın dağlarının başında duman yoxdur, bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır. Bir şəhid övladı olaraq vurğulamaq istəyirəm ki, bütün şəhidlərimizin qanı yerdə qalmadı".

"Salam əsgər!"in ekran həlli rejissor Fərhad Əliyə həvalə edilib.