Sevinc ötən həftənin lideri oldu
"Lider" telekanalında yayımlanan "Zirvədəkilər" layihəsinin altıncı buraxılışının lideri müğənni Sevinc Musayeva olub.
Axşam.az-ın məlumatına görə, sənətçi müsabiqə üçün "İmic" mahnısını səsləndirib. Bəstənin müəllifi Elnur Talıblıdır.
Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. Layihənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur. Səsvermənin nəticəsi mayda bəlli olacaq. Bununla bağlı böyük qala konsert keçiriləcək. Gecədə qaliblərə mükafatları təqdim olunacaq.
“Zirvədəkilər”in növbəti nominantlarını həftənin cümə günü saat 16:00-da "Lider" telekanalında izləyə bilərsiniz.