Vətən müharibəsində 43 gün döyüşən şəhidimiz - Video

Vətən müharibəsində 43 gün döyüşən şəhidimiz -  Video
5918 dəfə oxunub
  • A-
  • A
  • A+

Qəhrəmancasına şəhid olan baş leytenant Teymur Məcidzadə özü həyatda olmasa da, xeyli sayda döyüş yoldaşını ölümdən xilas edib.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Teymur Məcidzadə 44 günlük müharibənin 43 gününü döyüşüb.

O, tapdığı yolla ona inanan 100-dən çox əsgəri bir güllə yarası belə almadan təyinat nöqtəsinə çatdırıb.

İqtisad Universitetinin məzunu olan Teymur Məcidzadə Coğrafiya fənni üzrə olimpiada qalibi olub. Döyüş yolunun başladığı Füzulidən, Xocavəndə, Şuşaya qədər hər kəsin yoluna işıq olub. Xəritəni mükəmməl bilməsi bütün vəziyyətlərdə əraziyə tam bələd olmasına imkan verib. Cəmi 8 ay yaşaya bildiyi ata ocağı olan Füzulinin Gecəgözlü kəndindən anasının qucağında çıxan Teymur öz kəndini döyüşərək geri qaytarıb.

Ermənistanın təslim olmasından cəmi bir neçə saat əvvəl Teymur son döyüşün son şəhidlərindən olub. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanan Teymuru yoldaşları döyüş meydanından çıxarsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: