Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə - 5 532 nəfər artıb. 

Axşam.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Daha əvvəlki rekord aprelin 11-də qeydə alınmışdı (5 138 yoluxma halı). Son 24 saat ərzində 135 nəfər COVID-19-un qurbanı olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 12 219-a, yoluxanların sayı isə 440 805-ə çatıb. Ağır xəstələrin sayı 4 121 nəfər təşkil edir.

 



                 

Xəbər lenti